Aşura günü qan verən xeyli insanda virus aşkarlandı
18 sentyabr 2019 09:10 (UTC +04:00)

Aşura günü qan verən xeyli insanda virus aşkarlandı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 5 min 809 nəfərin 169-dan virus aşkarlanıb. 

 

Qeyd edək ki, aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.  

 

4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı cəmi 169 nəfərdə virus aşkar olunub.

 

HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (Hepatit B, 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə Sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.

 

# 876
avatar

Oxşar yazılar