
YAP-ın keçirdiyi müsabiqənin qalibləri ilə görüş olub
Bu gün Bakı Biznes Mərkəzində hər il Heydər Əliyevin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş keçirilib.
APA-nın məlumatına görə, görüşdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.
YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Heydər Əliyevin gənclərə, o cümlədən tələbələrə diqqət və qayğısından danışıb. O bildirib ki, 15 ildir, Azərbaycanda Heydər Əliyevin doğum günü ilə bağlı məktəblilərin yarış müsabiqəsi keçirilir: “YAP həmin müsabiqənin qalibləri ali məktəblərə daxil olanda onlara təqaüd təyin edilməsi ilə bağlı qərar qəbul edib. Bu illər ərzində YAP-ın təqaüdünü alan çoxlu sayda tələbə olub. Bu gün burada toplananlar ikinci və ondan yuxarı kurs tələbələridir. Bizim onlarla görüşümüz həmin tələbələrin təhsilləri ilə maraqlanmaq məqsədi daşıyır”.
Daha sonra tədbir çıxışlarla davam edib.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21