390
11:43
13 Sentyabr 2019

Müğənni Samira: "Sevdiyim" - VİDEO

Müğənni Samira ƏliMaryam ( Allahverdi ) yeni mahnısına çəkilən klipi təqdim edib.

Lent.az xəbər verir ki, “Sevdiyim” adlanan mahnının musiqisi Muxtar Abseynova, sözləri Cavid Əhmədova məxsusdur. Ekran işinin rejissoru isə Nail Naiboğludur. Çəkilişlərin bir hissəsi Şıxov çimərliyində, digər hissəsi isə studiya şəraitində tamamlanıb. Sənətçi bildirib ki, sonuncu klipini 5 il bundan əvvəl çəkib: “Axırıncı işim “Çağırış” mahnısına çəkilin video olub. Hansı ki, Olimpiya oyunları ərəfəsində idmançılara həsr etmişdim. O vaxtdan bu günə kimi klip olaraq heç bir iş görməmişdim. Nəhayət ki… Muxtar mənə bir neçə dənə mahnı təqdim etdi. Onların içində bu melodiya mənə daha yaxın olduğu üçün, seçimimi “Sevdiyim” mahnısından etdim”.

Samira rejissorun işini də yüksək dəyərləndirib: “Klip sırf mənim istədiyim üslubda, xarakterimə uyğun çəkilib. Çünki, ekran işini mən məhz belə görürdüm. Elə işə başlamazdan əvvəl də Nail ilə bu haqda danışmışdım”.