
Bakı Yol Polisindən valideynlərə və sürücülərə TÖVSİYƏ
Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, təhsil müəssisələri, onlara bitişik küçə və yollar tərəfimizdən nəzarətə götürülməklə xidmət davam etdiriləcək.
İdarənin valideynlərə müraciətində qeyd olunur ki, hərəkətin sıxlığını nəzərə alaraq, valideynlər təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkət edərkən yolların hərəkət hissəsində dayanıb məktəblilərin düşürüb mindirilməsinə diqqət yetirsinlər. Yol polisi buna səbəb kimi, bir istiqamətli yollarda çoxlu sayda avtomobilin tıxacda qalmasını və sürücülərin ləngiməsini göstərib.
İdarə sürücülərə məktəb yaxınlığında diqqətli olmağı və digər hərəkət iştirakçılarını da düşünməyi tövsiyə edib. İdarədən bu tədbirlərin ictimai nəqliyyatın hərəkətində problemlər yaranmaması və əhalinin işə ləngiməməsi üçün lazım olduğu bildirilir.
Mehman Nəbiyev
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46
İyulun əvvəlində yağış yağacaq, güclü külək əsəcək - Aylıq hava PROQNOZU
30 iyun 2025 , 16:16