
AzTV-nin yeni veb saytı istifadəyə verilib
Azərbaycan Televiziyasının (AzTV) yeni veb saytı (www. aztv.az) istifadəyə verilib.
Bu barədə Lent.az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, internet resursda televiziya və radionun tarixi barədə məlumatlar, həftəlik proqramlar, anonslar və s.yer alır.
Daha dinamik formaya malik olan saytın məzmun kontenti də zənginləşdirilib. Yeni resurs yalnız korporativ deyil, eyni zamanda informasiya saytı kimi fəaliyyət göstərəcək, oxucularını müxtəlif sahələrlə bağlı operativ olaraq məlumatlarla təmin edəcək.
Saytda televiziya və radioda efirə gedən verilişlərin, filmlərin anonsları da təqdim olunur. Yeni resurs verilişləri canlı izləməyə də imkan verir.
Qeyd edək ki, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının internet resursları da yenidən işlənilir, yaxın günlərdə bu saytlar da istifadəyə veriləcək.
Oxşar yazılar

Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35