175
01:29
04 Sentyabr 2019

Yuğ Teatrı 31-ci teatr mövsümünə “Lənət” tamaşası ilə başlayır

Azərbaycan Dövlət Yuğ Teatrı 31-ci teatr mövsümünə sentyabrın 28-də V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşası ilə başlayır.

APA -nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Xristo Stoyçevdir.

Sentyabrın 29-u isə rejissor Gümrah Ömərin quruluşunda H.İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış "Vəsvəsə" tamaşası nümayiş olunacaq.

Tamaşalar saat 19:00-da başlayır.