Rusiyada tutuldu, Azərbaycana ekstradisiya olunacaq
03 sentyabr 2019 19:48 (UTC +04:00)

Rusiyada tutuldu, Azərbaycana ekstradisiya olunacaq

Rusiyanın Surqut şəhərində axtarışda olan azərbaycanlı saxlanılıb. 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həbs edilən Zamanov X.T. bir ilə yaxın axtarışda olub. O, oğurluq, dələduzluq, maddi  ziyan vurma və rüşvətə təhriketməkdə ittiham olunur. 

Azərbaycan Baş Prokurorluğu həbs olunan azərbaycanlının ölkəsinə ekstradisiya edilməsi üçün Rusiya Baş Prokurorluğuna müraciət edib. Müraciətə müsbət cavab verilib. 

O, yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək. 

# 749
avatar

Oxşar yazılar