279
04:36
30 Avqust 2019

Braziliya prezidenti Çilinin yardımını qəbul edəcəyini bildirib

Braziliya prezidenti Cair Bolsonaro Çilinin Amazon tropik meşəsindəki yanğınlarla mübarizəya yardım üçün göndərdiyi dörd təyyarəni qəbul edəcəyini bildirib.

Lakin o, eyni zamanda Fransa prezidenti Emmanuel Makronla bağlı tənqidlərini də davam etdirib.

APA “americanınsesi”nə istinadla xəbər verir ki, Bolsonaro meşə yanğınlarının qarşısının alınması üzərində gedən mübahisədə onu yalançı adlandırdığına görə Fransa liderini bir daha tənqid edərək, Makronun özünü "ətraf mühitin qorunmasında marağı olan tək və yeganə insan" hesab etdiyini deyib.

Bolsonaronun bu sözləri Makronun ona qarşı təhqiramiz ifadələrini geri götürdüyü təqdirdə, onun G-7 ölkələrindən 20 milyon dollarlıq yardımı alacağını deməsindən bir gün sonraya təsadüf edir.

Bolsonaro Braziliyanın "ikitərəfli" yardım təkliflərini qəbul etməyə hazır olduğunu desə də, Almaniya və Fransanı Braziliyanın suverenliyini "almağa" çalışmaqda günahlandırıb.