
® Adviad-dan eksklüziv yenilik: Video reklamlarınız artıq avtobus monitorlarında!
Azərbaycanda reklam sahəsində yeniliklərə imza atan Adviad platforması bu dəfə avtobus monitorlarında video reklamların yayımlanması imkanını yaradır. Artıq paytaxtımızın ən çox sərnişin daşıyan avtobuslarında siz də öz reklam çarxlarınızı yerləşdirə və hədəf kütlənizə asanlıqla çata bilərsiniz.
Araşdırmalar göstərir ki, avtobusda yayımlanan video reklamlar öz effektivliyi ilə seçilir. Bunun isə bir neçə səbəbi müəyyənləşdirilib. Məsələn, burada monitorlar sərnişinlərə çox yaxın məsafədə yerləşir və nəticədə ekranda kiçik bir hərəkət belə sərnişinlərin diqqətini sürətlə özünə çəkir. İzləyici bu reklamı dəyişə və ya söndürə bilmədiyi üçün video sona qədər izlənilir.
Həmçinin avtobusdan gündəlik istifadə edənlərin sayı çox olduğundan videolar geniş hədəf kütləsinə xitab edir. Buna görə də video-çarx reklamlar avtobuslarda əksər hallarda çox yüksək nəticələr gətirir. Üstəlik bu videolar məlumatlandırıcı, maraqlı və ya əyləncəli olduqda izləyicilərdə xoş hisslər oyadır, qıcıq yaratmır və nəticələr daha da artır.
Bütün bu müsbət tərəfləri dəyərləndirən Adviad reklam vermək və reklamlardan yaxşı geri dönüş əldə etmək istəyənlər üçün avtobuslarda digital indoor xidmətini təklif edir. Belə ki, Adviad platforması “Xaliq Faiqoğlu” şirkəti ilə əməkdaşlıq edir və sizə digital indoor xidməti vasitəsilə video reklamlarınızı şirkətin avtobuslarında rahatlıqla yerləşdirmə imkanı verir.
Bundan başqa, platformadakı şəxsi kabinetinizdən reklamınızla əlaqədar olan bütün detalları görə, gedişatı izləyə, dəyişiklik apara, bir sözlə reklamınızı istədiyiniz kimi idarə edə bilərsiniz.
Adviad platformasında tam şəffaf nəticələrlə tanış olacağınız üçün reklamınızın effektivliyini analiz etmək fürsətiniz də olacaq.
Qeyd edək ki, hazırda 3 fərqli marşrut üzrə - 18, 65 və 85 nömrəli avtobuslarda video reklam yerləşdirmə imkanı mövcuddur. Toplam 40 avtobusda gün ərzində şəhərin ən qaynar nöqtələrindən, mərkəzi hissələrindən keçərək həmin ərazilərdə yaşayan sərnişənlərə xidmət östərir. Bu isə reklamın bir növ dinamik xarakter daşımasına gətirib çıxarır.
Bakı Kart-dan alınan statistikaya görə, 40 avtobusda gündəlik olaraq 40 000 sərnişin daşınır və reklam 6 000 dəfə göstərilir. Siz də xidmət və ya məhsulunuzun qısa zamanda belə geniş hədəf kütləsinə çatmasını, tanınmasını, video reklamlarınızın hədəflədiyiniz nəticələri göstərməsini
istəyirsinizsə, avtobus video reklamlarımızdan mütləq faydalanın.
Qısacası elə indi müraciət edin, reklam dünyasının uğur yollarında Adviad bələdçiniz olsun!
Müraciət üçün platformanın nümayəndəsi ilə əlaqə saxlayın:
Sayt: www.adviad.com
Telefon: +994 511 01 54
E-mail: [email protected]
Oxşar yazılar

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
3 iyul 2025 , 15:50
Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
3 iyul 2025 , 15:33
Təkcə qarpız deyil: Yayda orqanizmi nəmləndirən bu 5 meyvəni tanıyın
3 iyul 2025 , 14:33
Rusiyada “az” domenli saytlara giriş məhdudlaşdırıldı
3 iyul 2025 , 13:52
Hədiyyə verilən əmlak boşananda bölünür? - CAVAB
3 iyul 2025 , 12:48
Sabah bu yerlərə leysan yağacaq - Hava PROQNOZU
3 iyul 2025 , 12:33
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyul 2025 , 12:04
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL
3 iyul 2025 , 10:55