7667
16:08
24 Avqust 2019

Brend malların saxtasını geyən məşhurlarımız - FOTOLENT

Bütün dünyada insanlar, əsasən də, qadınlar məşhurları örnək alaraq, onların dəb trendi ilə ayaqlaşmağa çalışır. Geyimləri daşıya bilən, onu təbliğ etməyi bacaran ulduzlar isə daim dünyaca məşhur brendlərin diqqət mərkəzində olurlar.

Onlar yeni kolleksiyalarını təqdim etmək üçün məşhurlara müraciət edir, daha yaxşı qazanc üçün ulduzları siması seçirlər.

Sözsüz ki, bu, bizim şou-biznesimizdən də yan keçməyib. Yaxın keçmişə nəzər salsaq, Aygün Kazımova, Brilliant Dadaşova, Röya Ayxan, Nura Suri kimi sənətçilərimizin bir sıra geyim brendlərinin siması olduğunu görə bilərik.

Lakin son günlər məşhurlarımıza diqqət versək, onların 70 faizinin geyim brendlərini görməzlikdən gəldiyini sezə bilərik. Halbuki ölkəmizdə dünya şöhrətli brendlərin demək olar ki, əksəriyyəti var.

Önəmli məqam orasıdır ki, məşhur brendləri görməzdən gələn sənətçilərimiz onların saxtalarını çox yaxşı görürlər və bu məhsulları bəh-bəhlə təqdim edirlər.

Lent.az axsham.az-a istinadla şou-biznesin brend adı ilə saxta geyim məhsulları geyinən məşhurlarını təqdim edir:

Son aylar “Gucci” deyəndəŞəbnəm Tovuzlu, Şəbnəm Tovuzlu deyəndə isə “Gucci” yada düşür. Onun bu markanın saxta versiyası olan kəmərini səhv taxması uzun müddət medianın gündəmini məşğul etmişdi. Daha sonra ifaçı eyni brendin daha bir süni məhsulunu ayaqlarında nümayiş etdirib. Bu da yetməyib, “Valentino”nun “xalis” çantasını da onun əlində görmüşük.

Əməkdar artistElnarə Abdullayevanınəynindəki bu “Givenchy” koftadan yəqin ki, brendin dizaynerlərinin xəbəri yoxdur.

MüğənniTürkan Vəlizadəəslində, “Christian Dior”un modeli olan bu çantanın Çin məhsulu olan “Gucci” versiyasını alıb.

AparıcıFira Cəlilovada saxta məhsulları geyinmək üzrə digər sənətçilərdən geri qalmır. Onun əynində “Gucci”, “Dolce&Gabanna”, “Fila” kimi brendlərin oxşadılaraq qayrılmış çanta, libas və ayaqqabılarını görə bilərik.

MüğənniÜzeyir Mehdizadəisə “Gucci”nin bu “ölümsüz əsəri”ni ötən günlərdə nümayiş etdirib.

Xatirə İslamda saxta məhsullara üstünlük verən ifaçılar arasındadır. O da “Chanel”, “Hermes”, “Gucci” və digər dünyaca məşhur markalara məxsus imiş kimi “lansə” edilən libasları geyinərək, nümayiş etdirir.

Zenfira İbrahimovanıngeyindiyi kofta və istifadə etdiyi aksesuar “Gucci” və “Fendi” fabriklərində çalışan işçiləri göz yaşı axıtmağa məcbur edir.

Bu mövzuda ən çox “göz çıxaran” müğənni Damladır. Biz dəfələrlə onun əynindəki “Balenciaga”, “Burberry”, “Gucci” kimi brendlərə məxsus paltarlara görə “Nəzakət butik”ə təşəkkür etdiyi statuslarını görürük.

MüğənniTəranə Qumralisə “Valentino” çantası ilə “göz qamaşdırır”.

Sevda Sanaliyeva“Valentino”ya oxşadılaraq tikilmiş libasları evdə geyinməyə üstünlük verir.