
Bakıda “bazar quran” dilənçilər - XÜSUSİ REPORTAJ
Onlar əsasən qaş qaralanda - metro çıxışlarında, yol ayrıcları, yaxud işıqforların yanında peyda olur. Avtomobillərin üstünə atılaraq, “bir nəzir ver” deyib, min dil tökürlər. Hətta hansısa filmin və ya tamaşanın ən dramatik anında təcrübəli aktyorların belə bacara bilmədiyi “ağlamağın” öhdəsindən ustalıqla gəlirlər. Söhbət paytaxtın müxtəlif ərazilərində “bazar quran” dilənçilərdən gedir.
Lent-az APA TV-yə istinadla xəbər verir ki, axşam saatlarında müxtəlif ərazilərə sadəcə baş çəkdik. Onların kameralara xüsusi aqressiyasıının olduğunu bilirdik. Buna görə də əvvəlcə kəşfiyyat xarakterli addımlar atdıq. Gəlişimizdən xəbərsiz olanlar varı idi.
Lakin çox gizlənə bilmədik. Dilənçilərin əks-kəşfiyyatı ərazidəki mövcudluğumuzu aşkar etdi. Və... Pərən-pərən düşən kim, bir göz qırpımında təğyiri-libas olan kim...
Kameramızın qarşısında spontan alınan bu səhnədə baş verənlər dediyim kimi - daha maraqlı vəziyyətlər almağa başladı. Bayaqdan əlində əsa, ötüb-keçənlərdən pul dilənən gördüyünüz bu şəxs kameranı sezən kimi dönüb “başqa adam” oldu.
Artıq onlarla gizlənqaç oynamağın mənasız olduğunu anladıq və “28 May” metro stansiyası yaxınlığında işimizə başladıq.
Qarşılaşdığımız bu “gənclər” də yollarda maşınların önünü kəsərək, yalvar-yaxarla pul alanlardır. Təhsildən, hansısa peşədən kənar bu şəxslər çəkiliş zamanı bizə küçə söyüşləri söyməkdən belə çəkinmədilər.
Statistik nəticələrə görə, dilənçilərin əksəriyyəti Azərbaycanda qeydiyyatsız, pasportsuz yaşayır. Hətta hərbi xidmətdən yayınanlar da var. Bu tip insanların kriminal meylliliyi də müşahidə olunur. Onlar “fəaliyyətlərinə mane olan” istənilən şəxsə qarşı kobud, aqressiv davranışla diqqət çəkir. Ümumiyyətlə, mütəşəkkil dəstə şəklində çalışan və hərəkət edən dilənçilər insanların xeyirxahlığından və etibarından sui-istifadə edərək, böyük məbləğdə pullar qazanır.
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38