Sabah hava necə olacaq? - <span style="color:red;">PROQNOZ
19 avqust 2019 12:54 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Əsən şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 32-37 dərəcə isti, Bakıda gecə 21-23 dərəcə, gündüz 35-37 dərəcə isti təşkil edəcək. 

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26 dərəcə, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq.

 

 

 

 

 

# 609
avatar

Aygün İbrahimli

Oxşar yazılar