Məktəbəhazırlıq qruplarına sənəd qəbulu bu tarixdən başlayır
15 avqust 2019 13:05 (UTC +04:00)

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu bu tarixdən başlayır

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq. Bu proses sentyabrın 25-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək. 

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.

 

 

 

# 442
avatar

Aygün İbrahimli

Oxşar yazılar