Yeddi ayda bu qədər bina qazlaşdırılıb
14 avqust 2019 10:13 (UTC +04:00)

Yeddi ayda bu qədər bina qazlaşdırılıb

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 19 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi bu fərmandan irəli gələn  məsələlərin operativ həlli məqsədilə müəyyən tədbirlər görüb.

"Azəriqaz"dan Lent.az-a bildirilib ki, bu il avqustun əvvəlinə qədər 179 bina üzrə 11786 mənzil, təkcə iyul ayında isə 35 bina üzrə 3072 mənzil qazla təmin olunub. Bu işlərin icrası çərçivəsində birliyin əməkdaşları qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətləri ilə mütəmadi görüşlər keçirib. Yaranmış problemlərin aradan qaldırılması üçün lazımı köməkliyin göstərilməsi istiqamətində müvafiq təkliflər verilib.

 

 

 

 

# 797
avatar

Aygün İbrahimli

Oxşar yazılar