
Keçmiş prezident istintaq təcridxanasına yerləşdirildi
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Sergey Slesarev məlumat verib.
Onun sözlərinə görə, A. Atambayev avqustun 26-dək orada saxlanılacaq.
Vəkil qeyd edib ki, keçmiş dövlət başçısının kriminal avtoritet Əziz Batukayevin qanunsuz olaraq həbsdən azad etməkdə ittiham edilir.
Xatırladaq ki, Qırğızıstanın sabiq prezidenti A. Atambayev ötən gün saxlanılıb.
İki gün əvvəl isə A. Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilib. Əməliyyat zamanı 52 nəfər yaralanıb, bir xüsusi təyinatlı ölüb.
Qırğızıstanda sabiq prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.
Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46