Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb.
Lent.az APA-nın yerli bürosunun məlumatına istinadən bildirir ki, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Xəstəxanaların birində baş verib.
Xəstəxanaya MRT müayinə gələn 68 yaşlı Z.Cəfərovanın qəfl halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum ölüb.
Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gəlibmiş.