Millimiz ikiqat Avropa çempionu  oldu
04 iyun 2026 23:37 (UTC +04:00)

Millimiz ikiqat Avropa çempionu oldu

0

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa çıxıb. 

Apasport.az xəbər verir ki, komandamız Ukrayna seçməsi ilə üz-üzə gəlib. 

Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürüb 

Millimiz oyuna qolla başlayıb. Mirmehdi Rzayevin qoluyla komandamız hesabda 1:0 önə keçib. 

Görüşün son dəqiqələrində risk alan Ukrayna millisi qapıçını ön xətt oyunçusu ilə əvəzləyib. Boşluqdan istifadə edən mini futbolçularımız hesab arasındakı fərqi 2-yə çatdırıb. Oyunda başqa qol olmayıb: 2:0.

Bu nəticəylə minifutbol üzrə milli komandamız dünya çempionluğunun ardınca Avropa çempionluğunu da rəsmiləşdirib.

Avropa çempionatı
Final

22:30. Azərbaycan - Ukrayna 2:0

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar