İsmayıllıda AĞIR QƏZA:  Zaqatala sakinləri öldü  - Biri həkimdir -  YENİLƏNİB
04 iyul 2026 18:38 (UTC +04:00)

İsmayıllıda AĞIR QƏZA: Zaqatala sakinləri öldü - Biri həkimdir - YENİLƏNİB

0

İsmayıllıda baş verən qəzada ölənlərdən biri həkim olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən 67 yaşlı Elmira Duxiyeva həkim-ginekoloq olub. O, Zaqatala mərkəzi xəstəxanasında çalışırmış.  

Lent.az qəzada ölənlərin fotolarını da əldə edib.

***

17:32

İsmayıllıda ağır yol qəzası baş verib. 

Lent az xəbər verir ki, bu gün saat 16 radələrində İsmayıllı rayonu ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. 

Nəticədə nəqliyyat vasitəsində olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb, 1 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10222

Oxşar yazılar