Dünya üçün iqlim fəlakətləri  PROQNOZU
04 iyul 2026 17:19 (UTC +04:00)

Dünya üçün iqlim fəlakətləri PROQNOZU

0

Tropik Sakit okeanda sürətlə güclənən super El-Nino qeydə alınıb və bu, planetdə ekstremal hava dalğasına səbəb ola bilər. Mütəxəssislər quraqlıq və istilik dalğalarının artan riskləri barədə xəbərdarlıq edirlər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, super El-Nino tropik Sakit okeanda rəsmi olaraq başlayıb və hazırda sürətlə güclənir. Alimlər xəbərdarlıq edirlər ki, bu fenomenin nəticələri planetin bir çox bölgəsi üçün fəlakətli ola bilər.

Super El-Nino fazası rəsmi başladı: təhlükə nədir?

Ümumdünya Meteorologiya Təşkilatının son proqnozuna görə, El-Nino şəraiti bu ilin iyul-sentyabr ayları arasında "güclü" bir hadisəyə çevriləcək.

Meteoroloji modellər Sakit okeanın mərkəzi və şərqindəki əsas ərazilərdə okean səthinin sabit və əhəmiyyətli dərəcədə istiləşməsini qeydə alır. Mütəxəssislər bu dövrü şiddətləndirən kritik zonalarda suyun temperaturunun orta səviyyələri 2°C-dən çox üstələyəcəyini proqnozlaşdırırlar.

El-Nino-nun payız boyunca Şimal yarımkürəsində güclənməyə davam edəcəyi gözlənilir. Bu arada, digər sular, xüsusən də ekvatorial Atlantik okeanı da normaldan xeyli isti qalacaq. Bu istiləşmə dövrü iqlim dəyişikliyini gücləndirə və dünyada ekstremal hava şəraitinə səbəb ola bilər.

"Bu, quraqlıq və güclü yağıntı ehtimalını, eləcə də dünyanın bir çox bölgəsində quruda və dənizdə istilik dalğaları riskini artıracaq", - Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Seleste Saulo bildirib.

El-Nino təbii hava dövrüdür və illik hava dəyişkənliyinin əsas hərəkətverici qüvvələrindən biridir. Hər 2-7 ildən bir sistem La Niñonun soyuma mərhələsi ilə El-Ninonun istiləşmə mərhələsi arasında dəyişir. El-Nino zamanı tropik Sakit okeanda isti su toplanır. Bu, orta qlobal temperaturu artıra və normal hava şəraitini poza bilər.

Keçən ay alimlər Sakit okean səthinin rəsmi El-Nino üçün tələb olunan həddən yuxarı istiləşdiyini təsdiqləyiblər. Hazırda ekvatorial bölgədə normal su temperaturunun keçmə ehtimalı 80 faizdən çoxdur.

El-Nino adətən noyabr və fevral ayları arasında pik həddə çatır və qlobal temperatura ən böyük təsiri növbəti il baş verir. Demək olar ki, həmişə anormal temperatur və ekstremal hava şəraiti ilə nəticələnir.

Прогноз и последствия Супер-Эль-Ниньо 2026 для России и всего мира

Bu arada, Avropa artıq rekord istilik dalğalarından əziyyət çəkir və Fransada 1300 ölüm hadisəsi qeydə alınıb. Hazırkı istilik dalğaları El-Nino ilə əlaqəli olmasa da, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu yay onun güclənməsi ilə "demək olar ki, hər yerdə" ekstremal temperatur gözlənilir.

Dünya ölkələri, ehtimal ki, qarşıdakı aylarda güclü istilərlə qarşılaşacaqlar. Oxşar risklər 2027-ci ilin yayı üçün də mövcuddur.

El-Nino nədir və bu fenomen planet üçün niyə təhlükəlidir? 

Супер Эль-Ниньо 2026: что это, последствия для России и мира | РБК Тренды

Xatırladaq ki, Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və NOAA İqlim Proqnozlaşdırma Mərkəzi El-Ninonun 2026-cı ilin yayında yenidən baş vermə ehtimalının 80 faizdən çox olduğunu proqnozlaşdırıb.

Sakit okeanın səth sularının qeyri-adi istiləşməsi nəticəsində yaranan bu təbii fenomen qlobal hava şəraitini kökündən dəyişdirmək, Avstraliya və İndoneziyada quraqlıq və yanğınlara, Cənubi Amerikada daşqınlara və Asiyada musson yağışlarına səbəb olmaq potensialına malikdir.

Tədqiqatlar göstərir ki, qlobal istiləşmə ENSO dalğalanma intensivliyini artıracaq və bu da quraqlıqla həddindən artıq yağıntı arasında daha kəskin keçidlərə səbəb olacaq. 

Риск «супер» Эль-Ниньо усиливает угрозу климатических убытков для  страховщиков - Allinsurance - Казахстанский портал о страховании

Güclü El-Nino qlobal ərzaq və iqtisadi təhlükəsizliyə ciddi təhdidlər yaradır, çünki əsas kənd təsərrüfatı bölgələrində anormal hava şəraiti qəhvə, kakao və meyvə çatışmazlığına və qiymət artımına səbəb ola bilər.

Quru ekosistemləri ilə yanaşı, okean da dağıdıcı təsirlər yaşayır: suyun həddindən artıq istiləşməsi dərinliklərdən qida maddələrinin yuxarı qalxmasına mane olur, dəniz qida zəncirlərinin əsası olan fitoplankton üçün qida çatışmazlığına səbəb olur və mərcan riflərinə geniş yayılmış ziyan vurur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar