
Süni göz yaradıldı - UNİKAL PLATFORMA
ABŞ mühəndisləri əczaçılara buynuz qişasında qıcıq yaradan və görmə ilə bağlı problemlərə səbəb olan quru göz sindromu ilə mübarizədə daha effektiv metodlar hazırlamağa imkan verəcək unikal platforma hazırlayıblar.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, Pensilvaniya Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin tədqiqatçıları tərəfindən hazırlanan miniatür qurğu üçölçülü printer vasitəsilə yaradılan məsaməli karkas şəklindədir. “Çip üzərində göz” adlı sistem səthi daim süni gözyaşıları ilə nəm olan jelatindən düzəldilmiş qırpınan “göz qapağı” ilə təchiz edilib.
Məlumata görə, mexanizmin işə salınması insan gözünün buynuz qişasının nəmləndirilməsində bu və ya digər damcıların effektivliyini müəyyənləşdirməyə imkan verəcək. Prototipin üstünlüyü onun qiymətinin ucuz olması və sadə hazırlanmasındadır.
Bu cihazın köməyi ilə tədqiqatçılar süni gözyaşı istehsalçılarını yeni preparatların hazırlanmasına stimullaşdırmağı planlaşdırırlar. Alimlərin sözlərinə görə, hazırda bazarda göz quruluğunun profilaktikası üçün sertifikatlaşdırılmış dərmanlarda çatışmazlıq müşahidə olunur.
Oxşar yazılar

Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49