ABŞ istintaqçıları Kaliforniya festivalındakı atışmanı terror kimi qiymətləndirib
07 avqust 2019 04:10 (UTC +04:00)

ABŞ istintaqçıları Kaliforniya festivalındakı atışmanı terror kimi qiymətləndirib

 

ABŞ hüquq-mühafizə orqanları iyulun 28-də Kaliforniya ştatının Qilroy şəhərində keçirilmiş “Garlic festival” – ərzaq festivalında törədilmiş və 3 nəfərin ölümünə səbəb olmuş silahlı insidenti terror aktı kimi dəyərləndirib.

APA xəbər verir ki, bu barədə “NBC” telekanalı FTB-nin nümayəndəsi Con Bennetə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, insidenti törədən 19 yaşlı Santin Uilyam Leqanın “zorakılıq ideologiyası ilə maraqlandığını” nəzərə alan rəsmilər hadisəni “ibtidai terrorçuluq” hesab edib. Məhz hansı ideyalardan söhbətin getməsi barədə Bennet bir açıqlama verməyib.

Təhqiqat araşdırmaları göstərir ki, Leqan silahlı insident törətməyi planlaşdırdığı yerlərin siyahısını tutub. Buraya kilsələr və məhkəmələr daxil olub.

Qeyd edək ki, 19 yaşlı qatil festival zamanı 6 yaşlı oğlanı, 13 yaşlı qızı və 25 yaşlı bir gənci öldürüb, daha 12 nəfəri yaralayıb. O, “AK-47” tipli avtomatla silahlanmış olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 789

Oxşar yazılar