
Şou-biznesin zövqlü və zövqsüzləri KİMLƏRDİR?
Stilist Elnur Həsənov şou-biznesin xanım ifaçılarının geyim tərzindən danışıb.
Lent.az Axşam.az-a istinadla xəbər verir ki, "Hər şey daxil" daxil verilişinə qonaq olan Elnur xalq artisti Aygün Kazımova, əməkdar artistlər Tünzalə Ağayeva, Röya Ayxanın və digərlərinin geyim tərzini analiz edib:
"Sevda Yahyayeyvanın geyim tərzi tam xoşuma gəlmir. Ona uzun saç yaraşdırmıram. Uzunboy deyil, paltarları qısadır... Elə gözəl sifəti var ki, "baby face"dir. Kübar xanımdır, incə geyinməlidir.
Dilarə Kazımovanın bəzi fotosessiyaların bəyənirəm. Ona qapalı geyimlər yaraşdırmıram. Onun "Eurovision"da geyindiyi paltarı da xoşlamamışdım.
Tünzalə Ağayevanın makiyajları xoşuma gəlmirdi, parıltılı olurdu. Son vaxtlar geyimləri çox iddialıdır.
Səmra Hüseynova kompleksiz adamdı, onun geyimlərindən xoşum gəlir.
Zülfiyyə Xanbabayeva ağ-qara rəngi sevir. O, ikondur artıq. Bir kəməri, pencəyi elə edə bilər ki, tam başqa nəsə görərsən.
Bu gün şou-biznesdə ən dəbli və gözəl geyinən Röya Ayxandır.
Brilliant Dadaşova ilə mən çalışıram. Onda çox partlayışlar olacaq. Tam fərqli bir işlər edəcək.
Aygün Kazımovanın obrazlarını çox bəyənirəm. Hər bir şeyi təqdim etməyi bacaran müğənnidir. Bu gün əyninə bir çuval geyinsə də, onu daşıya biləcək".
Oxşar yazılar

Cennifer Lopesə səhnədə evlilik təklifi
18 iyul 2025 , 11:51
Hollivud ulduzlarının az tanınan istedadlı bacıları
18 iyul 2025 , 09:24
Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi
17 iyul 2025 , 18:28
"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 , 16:51
Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26
Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq
16 iyul 2025 , 12:39
Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59