Günəş enerjisi ilə işləyən pilotsuz təyyarə ilk dəfə uçuş edib
02 avqust 2019 19:56 (UTC +04:00)

Günəş enerjisi ilə işləyən pilotsuz təyyarə ilk dəfə uçuş edib

 
Çin mühəndisləri tərəfindən hazırlanmış pilotsuz idarə olunan aparat günəş enerjisi ilə işləyir.
 
 
Lent.az “ictnews”a istinadla xəbər verir ki, "Moszı-2" adlandırılmış pilotsuz idarə olunan aparat Şərqi Çinin Desin rayonunun aeroportundan havaya qalxıb. Uçuş uğurlu keçib.
 
 
Qanadlarına quraşdırılmış günəş batareyaları ilə işləyən təyyarə 8 min metrədək hündürlüyə qalxır, havada 12 saat qala bilir.
 
 
Çin yeni aparatdan təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, həmçinin rabitə və kəşfiyyat məqsədilə istifadə etmək niyyətindədir. Bundan başqa, günəş enerjisi ilə işləyən "Moszı-2" pilotsuz idarə olunan təyyarəsi hərbi potensiala malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1000

Oxşar yazılar