Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI:  azərbaycanlı qadın həbs olundu
26 iyun 2026 11:17 (UTC +04:00)

Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: azərbaycanlı qadın həbs olundu

0

Türkiyənin Çanaqqala vilayətində azərbaycanlı qadın evlilik vədi ilə kişinin pullarını ələ keçirib.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, hətta televiziya proqramlarından birində də müzakirə olunan bu hadisədə özünü L.A. kimi təqdim edən şəxs əslində Azərbaycan vətəndaşı M.H.-dir. İstintaqın məlumatına görə, o, R.Y. adlı şəxsi evlilik vədi ilə aldadaraq 800 min türk lirəsini ələ keçirib.

Xaricə qaçmağa cəhd etdiyi vaxt Ərzurum şəhərində saxlanılan M.H. iyunun 24-də məhkəmə qarşısına çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisə ilə əlaqəli olduğu və vasitəçilik etdiyi müəyyən edilən digər şübhəli K.T. isə Lapseki qəsəbəsində tutulub. O da iyunun 24-də məhkəməyə çıxarılaraq həbs edilib. İstintaq hadisə ilə bağlı araşdırmaları davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar