
"Şahdəniz"dən indiyədək 108 milyard kubmetrdən çox qaz hasil edilib
Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 108 mlrd. kubmetrdən artıq qaz hasil edilib.
“Şahdəniz” layihəsinin operatoru olan BP şirkətindən “APA-Economics”ə verilən məlumata görə, yataqdan indiyədək 27 mln. ton kondensat hasil edilib.
Qeyd edək ki, bu ilin birinci yarısında yatağında 8,4 mlrd. kubmetr qaz hasil edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 68% çoxdur. Cari ilin yanvar-iyun aylarında yataqdan 2 mln. ton qaz kondensatı çıxarılıb ki, bu göstərici illik müqayisədə 82% artıb.
Ötən ilin iyul ayının sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 mln. (ildə 20 mlrd.) standart kubmetrdir.
Bu ilin birinci yarısında “Şahdəniz” üzrə fəaliyyətlərə 376 mln. dollar əməliyyat xərcləri və 555 mln. dollardan artıq əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzSD (10%), “SGC Upstream” (6,7%), "Petronas" (15,5%), “Lukoil” (10%), NIKO (10%).
Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24
"Kristal" Biləcəridə yeni mənzilləri satışa təqdim etdi - 2 otaq studiya mənzillər
25 iyun 2025 , 16:00