272
18:07
31 İyul 2019

"Yurdum, yuvam, məskənimsən, Azərbaycanım!" festivalı daha bir ay davam edəcək

Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Yurdum, yuvam, məskənimsən, Azərbaycanım!" devizi altında ənənəvi yaradıcılıq festivalı keçirilir.

Lent.az xəbər verir ki, mərkəzin yaradıcı kollektivi Lənkəranın kəndlərini dolaşır, festivalın keçirildiyi ərazilər bayramsayağı bəzədilir, sənətkarlıq nümunələrinin sərgisi təşkil olunur. Festivalda özfəaliyyət kollek­tiv­lərinin üzvləri vətənpərvərlik mövzusunda şeirlər söyləyir, mahnılar oxuyur, xalq rəqslərini ifa edirlər.

Ötən ay başlayan dördüncü festival Lənkəranın Boladi-1, Vilvan kənd folklor klubları, Vel kənd Yaradıcılıq klubu, Veravul kənd Ziyalılar klubu, Hirkan qəsəbə, Osaküçə kənd yaradıcılıq evləri, Boladi-2 Diyarşünaslıq klubu, Tütəpeştə kənd Sənətkarlıq klubu və H.Rzayeva adına şəhər Yaradıcılıq evində gerçəkləşib.

Daha 10 klubda festival olacaq.

Qeyd edək ki, festivala avqustun 31-də Lənkəran şəhərindəki “Dostluq” parkında yekun vurulacaq.