
Möhtəşəm müşahidə kamerası - Min metrdən nömrəni tanıyır
Yaponiyanın “Fujifilm” şirkəti dünyanın ən uzaq məsafəli müşahidə kamerasını hazırladığını bildirib. İstehsalçının iddiasına görə, “SX800” modeli 40 qat optik zum və 20-800 mm fokus məsafəsinə malikdir ki, bu da 1000 metr məsafədən avtomobilin nömrəsini oxumağa imkan verir.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, ancaq “SX800” modelini ən uzaq məsafəli kamera adlandırmaq olmaz.
Məsələn, “Nikon P1000” modeli 24-3000 mm fokus diapazonuna malik 125 qat optik zumla təchiz edilib. Buna baxmayaraq, “Fujifilm” şirkətinin yeni həlli ticarət şirkətləri tərəfindən təhlükəsizlik məqsədi ilə istifadə üçün daha uyğundur: 0,3 saniyə ərzində fokuslana bilir, optik sabitləşmə funksiyasını və şəklin işlənməsi mühərrikini dəstəkləyir ki, bu da uzaq məsafədə olan obyektlərə dumanlı havada baxmağa imkan verir.
Bundan başqa, yeni kamerada ISO diapazonu gecə çəkilişi üçün 819200 təşkil edir.
“SX800” modeli beynəlxalq sərhədlər, meşə massivləri və (aeroport, nəqliyyat magistralları və dəniz portları) ictimai obyektlərin monitorinqi üçün nəzərdə tutulub. 26 iyuladək satışa çıxarılacaq yeni cihazın qiyməti hələ ki məlum deyil.
Oxşar yazılar

Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14
Mask ən qabaqcıl süni intellektini təqdim etdi
10 iyul 2025 , 21:14Oğurlanmış uşaqlıq: Kiyevdə valideynləri evlərinin dağıntılarını təmizlədi, uşaq oturacaqda yatdı
10 iyul 2025 , 19:46