178
19:09
22 İyul 2019

Hindistan Aya kosmik raket göndərdi

Hindistan bu gün fəzaya raket göndərib.
Lent.az "amerikanınsesi"nə istinadla xəbər verir ki, 10 milyard rupi (146 milyon dollar) dəyərində olan bu missiya Hindistana Ayın cənub qütbündə suyun olub-olmadığını araşdırmaq imkanı verəcək.
Pilotsuz "Çandrayaan-2" fəza gəmisini aparan raketin Hindistanın cənub-şərqindəki Fəza Mərkəzindən buraxılması televiziyalarda canlı yayımlanıb. Raketin buraxılması texniki səbəblərə görə bir həftə gecikib.
Hindistanın baş naziri Narendra Modi özünün Tvitter səhifəsində raketin buraxılmasını və buraxılışın uğurlu olduğu ilə bağlı təbrikini yazıb.
Xatırladaq ki, Aya yalnız ABŞ, Rusiya və Çin obyekt göndərə bilib.