Müğənni Afət Fərmanqızı küsülü olduğu həmkarı Təranə Qumral barədə danışıb.
Lent.az-ın canlı yayımında qonaq olan A.Fərmanqızı T.Qumralla küsülüyün əsl səbəbini açıqlayıb.
O bildirib ki, bir şərtlə həmkarı ilə barışar:
“Küsülüyümüzə səbəb müğənni Arzu Mələklə aramızda olan bir məsələ idi. Özünün dediyi məsələni mənim adıma çıxmışdı. Mən də Təranənin dediyi sözü onun dili ilə votsapda özünə səsli mesajla demişəm. Təranə də o səsi saxlayıb, düz bir ildən sonra Arzu Mələyə atıb ki, bax, Afət barəndə nələr deyir”.
Afət daha sonra jurnalistin “Barışıq mümknüdür?” sualına bu cür cavab verib: “Məndən üzr istəyən ermənidən başqa hər kəslə barışaram. Məndən çıxıb üzr istəsin, barışaram. Mənim haqqıma girən bütün adamlarla barışaram. Bir şərtlə ki, üzr istəsinlər. Mənə stres yaşadıblar. Elə bilirsiniz ki, bunlara sinə gərmək asandı?