Şəki və Xan Sarayı Dünya İrs Siyahısında
07 iyul 2019 13:32 (UTC +04:00)

Şəki və Xan Sarayı Dünya İrs Siyahısında

Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına salınıb.
 
APA-nın məlumatına görə, bu barədə qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib.
 
Müzakirələrdən sonra Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.
 
Qeyd edək ki, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun 2012-ci ildə keçirilən sessiyasında müzakirəyə çıxarılsa da İCOMOS nominasiyanı Dünya İrs Siyahısına daxil etməyib. Lakin 2017-ci ildə keçirilən sessiyada İCOMOS təklif edib ki, ərazidə əlavə konservasiya işləri aparılsın və bundan sonra müzakirəyə çıxarılıb.
# 941
avatar

Oxşar yazılar