
Azərbaycanda iki yeni polis bölməsi yaradıldı - RƏSMİ
İyulun 2-də polis əməkdaşlarının peşə bayramı günü Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi, Xəzər və Binəqədi rayonlarında yeni yaradılan Binə və Binəqədi qəsəbəsi polis bölmələrinin, eləcə də Yasamal rayonunda Sosial Evlərin ərazisində polis sahə məntəqəsinin inşa edilmiş inzabati xidməti binalarının açılışı olub.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi polis general-mayoru Elçin Həsənov, idarə və şöbə əməkdaşları, habelə qeyd edilən rayonların icra hakimiyyətinin rəhbərlər şəxsləri də iştirak ediblər.
Açılış mərasimlərində çıxış edən, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, yeni inzibati binaların istifadəyə verilməsi Prezident İlham Əliyevin şəxsi heyətə ali diqqət və qayğısının növbəti əyani təzahürüdür.
Məlumat verilib ki, inşa edilən binaların hər biri müasir standartlara uyğun olan zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, yardımçı otaqlar və idman zalları istifadəyə verilib, həyətdlərə su anbarları tikilib. Binalarda havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb.
Ərazilərdə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Tədbir iştirakçıları yeni binaların növbətçi hissələrinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıblar. Sonda iştirakçılar binalarda ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi sahəsində əvəzsiz fəaliyyətini, Prezident İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38