Müğənni Günel Ələkbərova şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişində həyatı ilə bağlı bir neçə məqamlara aydınlıq gətirib:
“Hazırda rəsmi nikahım yoxdur. Amma zamanında olub. Sonra boşandım. Xonçası oynamayanlar silsiləsinə aidəm. Bəy toya bir həftə qalmış məni qoyub qaçdı.
Heç bir zaman xəyanəti bağışlamaram. Bəlkə də mənə qarşı xəyanət olub, amma mən hiss eləməmişəm.
Həyat yoldaşım mənə əl qaldırıb. Bir dəfə mənə necə vurdusa, o başa uçdum. Ona görə də onu 3 ay danışdırmadım”.
Qeyd edək ki, Günel illərdir bir şəxslə kəbindədir. Həmin münasibətdən bir qızı var.