İyunun son günlərinin <span style="color:red;">HAVASI : isti, yağış, leysan, dolu...
28 iyun 2019 13:34 (UTC +04:00)

İyunun son günlərinin HAVASI: isti, yağış, leysan, dolu...

“İyun ayının son günləri həm isti, həm də yağmurlu keçir”.
 
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın hava-iqlim şəraiti olduqca rəngarəngdir:
 
”Bir gün ərzində ölkəmizin fərqli məkanlarında müxtəlif fəsillərə xas olan hava şəraiti ilə qarşılaşmaq mümkündür. Məsələn, bu günlərdə şəhər əhalisi çox isti quraq havanın təsiri altında olduqları halda, Boyük Qafqazın bəzi dağətəyi və dağlıq rayonlarında nisbətən sərin hava fonunda şimşək də çaxır, yağış da yağır, hətta leysan yağışı və dolu qeydə alınır. 
 
İyunun 27-28-də düşən yağışın miqdarı Qubanın Xaltan kəndində 29.0 mm (aylıq normanın 61%-i), Qırızda 21.0 mm, Altıağacda 14.0 mm, Qaxın Sarıbaş kəndində 8.0 mm, Ordubadın Ağdərə kəndində, Şəkinin Kişçay məntəqəsində(4.0 mm) Qusar, Gədəbəy, Göygöl, Oğuz, Şəki, Qusar, Kürdəmir, Xınalıq, Şahdağda 0.0-1.0 mm olub.  İyunun 27-də saat 19:25 radələrində İsmayıllı rayonunun bəzi dağ kəndlərində (Qalacıq, Basqal) qısamüddətli leysan xarakterli yağış müşahidə edilib, Lahıc qəsəbəsinə isə dolu düşmüşdür. Dolunun diametri təxminən 5 mm olub. 
 
Dünən Bakı şəhərinin bəzi ərazilərində də az yağış qeydə alınıb”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936

Oxşar yazılar