137
11:04
28 İyun 2019

Qabiliyyət imtahanı üçün qeydiyyat bu gün başa çatır

V ixtisas qrupunun bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az -a bildirilib ki, bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci (bədən tərbiyəsi və idman, məşqçi, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasları) və təsviri sənət istiqamətinin 14-cü (dizayn ixtisası) komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər günün sonunadək Dövlət İmtahan Mərkəzinin inter­net saytınıneservices.dim.gov.az/erizebak/qabiliyyetsəhifəsinə daxil ola­raq göstərilən komissiyalar üzrə qeydiyyatdan keçə bilərlər.

V ixtisas qrupuna daxil olan digər komissiyalar üzrə qeydiyyat isə 3 iyul tarixinədək aparılacaq.

Bədən tərbiyəsi və idman istiqamətinə aid xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər ümumi fiziki hazırlıq imtahanı üzrə normativlərləburadantanış ola bilərlər.

60 və ya 61-ci komissiyaların hər hansı biri üzrə qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentin nəticəsi biri digərinə və 62-ci komissiyaya şamil edilir. Göstərilən keçidlər yalnız abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdikləri halda mümkündür.

Diqqət:Abituriyent təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin hər hansı 2-si üzrə qeydiyyatdan keçə bilər. Ümumilikdə, abituriyent seçdiyi 2 istiqamətə aid ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin cəmi 6 komissiyası üzrə qeydiyyatdan keçə bilər.