Moskvada AMOR-un yaranmasının 10 illiyi qeyd olunub - FOTOLENT
25 iyun 2019 00:02 (UTC +04:00)

Moskvada AMOR-un yaranmasının 10 illiyi qeyd olunub - FOTOLENT

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) yaranmasının 10 illiyi qeyd olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, təşkilatın yaranmasının 10 illiyi münasibəti ilə M.V. Lomonosv Adına Moskva Dövlət Universitetinin "Botanika bağı"nda Azərbaycan Mədəniyyət günü təşkil olunub.
 
 
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR sədri Leyla Əliyeva iştirak edib. O, Azərbaycan Mədəniyyət Gününü açılışnda çıxış edərək tədbir iştirakçılarının AMOR-un yaranmasının 10 illik yubileyi münasibəti ilə təbrik edib: "Bu günki tədbirin təbiət qoynunda, dünyanın ən gözəl bağlarından birində - MDU-nun Botanika bağında keçirilməsi möhtəşəmdir. Sevgi dünyanı bəzəyir, onu xeyirxah, ədalətli və başlıcası həqiqi edir. Ona görə də, mənə Rusiya Azərbaycanlı Gənclər Birliyinin, AMOR-un sevgi mənasını verməsi xüsusi ilə xoşdur. Bu, o deməkdir ki, biz hər zaman belə işıqlı, mehriban və güclü olacağıq".
 
Təşkilatın layihələrindən söz açan Leyla Əliyeva AMOR-un 10 il ərzində böyük işlər gördüyünü söyləyib. O, təşkilatın Rusiya Federasiyasının 49 regionunda olan 55 nümayəndəliyinin 2500-dən çox istedadlı azərbaycanlı gəncləri ətrafında birləşdirdiyini vurğulayıb. L. Əliyeva AMOR-un layihələrindən danışıb.
 
AMOR sədri Azərbaycan və Rusiyanı ümumi tarix, mədəniyyət, eləcə də xalqlar arasındakı ənənəvi dostluğun birləşdirdiyini söyləyib: "Azərbaycanda böyük rus mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına və poeziyasına böyü sevgi ilə yanaşırlar. Çox sevindirici faktdır ki, bizim gənclər Rusiya cəmiyyətinə inteqrasiya edir və eyni zamanda ənənəvi köklərini qoruyur. AMOR-un əsas vəzifəsi xeyirxah və faydalı işlər görməkdir. Biz uzun illərdir ki, "Qanın milliyyəti yoxdur" kimi aksiya keçiririk, Rusiya ali məktəblərində təhsil alan əlaçı tələbələri dəstəkləyirik, Rusiyanın professional müsabiqələrində iştirak edirik, "Nə, Harada nə vaxt?" kimi məşhur intellektual oyunlar keçiririk. Eləcə də uşaq evlərini, qocalar evlərini ziyarət edir, ehtiyacı olanlara yardım əlimzi
uzadırıq".
 
Leyla Əliyevanın sözlərinə görə, bəşəriyyətin gələcəyi bir sıra ekoloji problemlərin həllindən asılıdır: "Təbiət artıq çoxdandır ki, bizə bizim medafiəmizə ehtiyacı olduğu barədə siqnal verir. Yer kürəsi bizim ümumi evimizdir, ona görə də planetimizin qorunması vəzifəsini birlikdə həll etməliyik. Bugünki gündə İDEA Azərbaycanda 5 milyondan çox ağac əkib. Ümid edirəm ki, AMOR üzvləri də ağacəkmə askiyası keçirəcəklər".
 
L.Əliyeva AMOR-un qapılarının milliyyətindən, inancından və yaşından asılı olmayaraq hər kəsin üzünə açıq olduğunu vurğulayıb: "AMOR-un qapları xeyirxah iş görmək arzusunda hər kəs üçün açıqdır. Arzu edirəm ki, biz hər zaman bir-briimizin əlindən tutaq və dostluğumuzu genişləndirək. Allah ölkələrimizə uğurlar və çiçəklənmə nəsib etsin".
 
Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi isə çıxışında AMOR-un 10 illik yubileyinin MDU-nun Botanika bağında keçirilməsinin vacibliyindən danışıb. Rektor MDU-nun Bakı filialının açılmasına etdiyi köməyə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib. O, AMOR-un qarşısına çox alicənab tapşırıqlar və məqsədlər qoyduğunu söyləyib: "Çox istərdim ki, xeyirxahlıq, gözəllik adına çalışan, ekologiyanı xilas edən təşkilatlar çox olsun".
 
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan yeni nəsil azərbaycanlıların bu nəhəng ölkənin vətəndaşı kimi özlərini hiss etməsi, inkişaf etməsinin çox vacib olduğunu söyləyib: "Leyla xanım gənclərin hansı priorotetlərlə yaşamalı olduğunu çox düzgün müəyyən etdi. Arzu edirəm ki, AMOR gələcəkdə də Leyla Əliyevanın rəhbərliyi altında fəal işləsin".
# 741
avatar

Oxşar yazılar