267
14:25
07 İyun 2019

Deputatın seçiciləri ilə daha bir görüşü

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Qaravəlli- Mirili kəndlərində seçiciləri ilə görüşüb.
Lent.az -ın məlumatına görə, görüş zamanı seçicilər əsasən knd məkrblərinin problemlərini qabardıblar. Belə ki, Qaravəlli kənd sakinləri məktəbin bərbad vəziyyətdə olduğunu, Mirili kəndinin sakinləri isə tam orta məktəbdə istilik qızdırıcılarının tamamilə çürüyüb sıradan çıxdığını bildiriblər. Qeyd olunub ki, istilik qızdırıcılarının 74-dən 34-ü tam sıradan çıxıb.
Seçicilər deputatdan növbəti dərs ilinə qədər bu qızdırıcıların dəyişdirilməsi və istilik qazanxanasında sıradan çıxmış nasosların bərpa olunmasını xahiş ediblər.
Daha sonra Çingiz Qənizadə ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb.
MM üzvü kənd sakinlərinin kəndlərlə bağlı ümumi problemlərini dinlədikdən sonra hər bir müraciətlə bağlı aidiyyatı qurumlara məlumat verəcəyini bildirərək, sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib.
Deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.