Əməkdar artistin qızı avtomobil qəzası keçirdi - <span style="color:red;">Kirpiklə qaşın arası cırıldı...
03 iyun 2019 12:33 (UTC +04:00)

Əməkdar artistin qızı avtomobil qəzası keçirdi - Kirpiklə qaşın arası cırıldı...

Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər Türkiyədə avtomobil qəzası keçirib.

 

Lent.az-ın məlumatına görə, bu barədə M.İsgəndərli "Hər şey daxil” verilişində danışıb.

 

“Qızım həmin maşında qabaqda oturubmuş. Maşını kürəkənimin dostu idarə edib. Ona heç nə olmayıb. Antalyaya gedirlərmiş. Böyük yük maşını, TIR-lardan olub, bunlar da 140-la gedirmiş. Gəlib vurub Ülkər tərəfdən. Qız maşın sürə-sürə "Redbull" açırmış. Qızım özü də sürücüdür. 14 ildir maşın sürür. Deyir, "Bəlkə də Allah məni saxladı. Nə şar açılıb, nə də kəməri bağlı olub. Gözü kirpiklə qaşın arasına qədər cırılmışdı. Göz qapağı gəlib gözün altına düşmüşdü. Gözünü əməliyyat ediblər".

# 766
avatar

Yalçın UĞUR

Oxşar yazılar