280
10:26
31 May 2019

Nadir əcnəbilərlə ailə quran azərbaycanlı xanımları qınadı

Müğənni Nadir Qafarzadə əcnəbi vətəndaşlarla ailə quran azərbaycanlı xanımları qınayıb.

Lent.az -ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə bildirib:

"Türkiyəli qadınların çoxu təkəbbürlüdür. Onların ailələrində ər arvaddır, arvad ər.Yəni, qadının sözü daha keçərlidir.Türkiyəli kişilərin bizim qadınlarla evlənməsinə gəldikdə isə, bizim qadınlarımızın üzüyola olmalarıdır.Yəni, "qapazı vur, çörəyini al əlindən" məsələsi.

Bizim bəzi sadəlövh "qızlarımız" fərq etməz, təki ər olsun deyə, gedirlər. Bir-iki ildən sonra qucaqlarında uşaq atılırlar. Hətta çoxundan uşağı alıb yola salırlar. Atalar yaxşı deyiblər, ucuz ətin şorbası olmaz. Yaxşılardan uzaq".