
İtaliya Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib
İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə təbrik edib.
ONA-nın məlumatına görə, təbrik məktubunda deyilir:
“Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan və İtaliya möhkəm əlaqələrlə bir-birinə sıx bağlıdırlar və bu bağlılıq illər ərzində siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində məhsuldar tərəfdaşlıqda öz əksini tapmışdır. Ümid edirəm ki, bu əməkdaşlıq daha da zənginləşəcək və ölkələrimizin vətəndaş cəmiyyətləri, iqtisadi sistemləri, həmçinin gənc nəsillərimizin maraqları istiqamətində yeni sahələr üzrə genişlənəcəkdir.
İnanıram ki, əlaqələrimizin möhkəmləndirilməsi, regional və beynəlxalq səviyyələrdə birgə maraq dairəsində olan mövzular üzrə dialoqun intensivləşdirilməsi üçün möhtəşəm çərçivə hesab edilən Bakı və Avropa İttifaqı arasında yeni bir tərəfdaşlıq sazişi müəyyənləşdirmək üçün qətiyyətlə və ruh yüksəkliyi ilə yolumuza davam edəcəyik.
Bu arzularla və Sizi Romada qəbul etmək ümidi ilə Sizə və bütün Azərbaycan xalqına rifah diləyirəm”.
Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29