![[b]Bakıda Əcnəbi tələbələrin III forumu keçiriləcək - "Biz Birlikdə Güclüyük" - FOTOLAR[/b]](https://lent.az/storage/news/2019/may/21/big/89ce4eb5926d18e18f7648e5a45e68ee.jpg)
[b]Bakıda Əcnəbi tələbələrin III forumu keçiriləcək - "Biz Birlikdə Güclüyük" - FOTOLAR[/b]
Mayın 23-də Azərbaycanda Əcnəbi Tələbə Gənclərin III Ümumrespublika Forumu keçiriləcək.
Lent.az xəbər verir ki, Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biz birlikdə güclüyük” devizi altında keçiriləcək forumun artıq seçim turları arxada qalıb. Layihənin keçirilməsinin əsas məqsədi Azərbaycanda təhsil alan əcnəbi tələbələrin vahid şəbəkəsini yaradaraq BBTK-nın platformasında onları daha da möhkəmləndirmək, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, tarixinin və turizm imkanlarının xüsusilə Qarabağla bağlı obyektiv məlumatın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında əcnəbi tələbələrin fəaliyyətini istiqamətləndirmək və onların təşəbbüslərinə dəstək vermək, həmçinin onların problemlərinin həllinə yardımçı olmaqdır.
Universitetlərdə əcnəbi tələbələrlə keçirilən görüşlər bir daha təsdiq etdi ki, bu forum həm də həmrəylik platformasıdır. Yataqxana, təqaüd və təhsil xərcləri, tələbə kartına əlavə güzəştlərin olması, ikili diplomların tanınması, universitetlərarası mübadilə proqramlarında iştirak kimi aktual və maraqlı məsələlərə toxunan əcnəbi tələbələr BBTK-nın onlar üçün təşkil etdiyi sərbəst tribunadan foruma dəvət alan səlahiyyətli nümayəndələrə öz mesajlarını verəcəklər.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı və razılığı ilə keçirilən forumda millət vəkilləri, Gənclər və İdman Nazirliyinin rəsmiləri, universitetlərin rektorları, diplomatik korpusların səfir və nümayəndələri, 10-dan çox universitetdən, müxtəlif ölkələrin 400-ə yaxın vətəndaşı iştirak edəcək. Azərbaycan Tibb Universitetinin ev sahibliyi edəcəyi III forumda həmçinin əcnəbi tələbələrin təmsil etdikləri ölkələrin mədəniyyət sərgisi də nümayiş olunacaq. 28 May Respublika Gününə həsr olunan forumda əcnəbi tələbələrin bədii proqramı isə bütövlükdə Azərbaycan, onun tarixi, mədəniyyəti və uğurlu gələcəyi barədə olacaq.
Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23