
Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub
Mayın 18-19-da Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçirilib.
ONA xəbər verir ki, 24 ölkədən 306 (193 oğlan, 113 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan 13 idmançı ilə təmsil olunub.
Ölkəmizə yeganə medalı “Judo Club 2012”nin yetirməsi Murad Fətiyev (81 kq) qazandırıb. Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ilk görüşdə erməni əsilli rusiyalı idmançı Karegin Şahlamcyana, növbəti mərhələdə isə Avstriyanı təmsil edən Saif-İslam İslamxanova qalib gəlib.
1/4 finalda daha bir rusiyalı cüdoçunu - Pavel Berlini mübarizədən kənarlaşdıran Murad yarımfinalda portuqaliyalı Migel Alves məğlub edərək finala yüksəlib.
Finalda cüdoçumuzun rəqibi rusiyalı Turpal Tepkayev olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Murad ona ipponla qalib gələrək qızıl medala layiq görülüb.
Azərbaycan komandası əldə etdiyi bir qızıl medalla turnirdə ümumi hesabda beşinci pillədə yer alıb.
Oxşar yazılar

"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ
15 avqust 2025 , 19:56
Petr Çex 26 illik arvadından ayrıldı
15 avqust 2025 , 18:24
Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: "Qafqazda sözü tuturlar"
15 avqust 2025 , 16:28
Qadın hakimə toxunan iranlı futbolçu meydandan qovuldu
15 avqust 2025 , 14:02
“Messiyə dörd ildə təxminən 1400 iynə vurulub” – Uşaqlıq həkimi DANIŞDI
15 avqust 2025 , 11:36
Zinəddin Zidan “Qızıl top”u oğurlanan futbolçunun adını çəkdi
15 avqust 2025 , 09:52
Bundesliqada hər hissənin sonuna əlavə olunan dəqiqələr artırılacaq
15 avqust 2025 , 05:38
Avropa Liqasında “play-off” mərhələsinə vəsiqə qazanan komandalar
15 avqust 2025 , 01:35