1550
21:39
19 May 2019

Şamaxıda FACİƏ: avtomobilin aşması nəticəsində 3 uşaqdan biri maşının altında qaldı

Şamaxı rayonunda içərisində azyaşlı uşaqların olduğu avtomobil çaya düşüb.
ONA -nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Yol qəzası bu gün axşam saatlarında Şamaxı-Qızmeydan yolunda qeydə alınıb.
Abşeron rayonu Müşfiqabad qəsəbə sakini Atəş Güliyevin idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq Pirsaat çayına düşüb. Avtomobil 15 metr hündürlükdən daşlıq əraziyə aşdığı üçün sürücü Atəş Güliyev, onun 3 yaşlı övladı Əmrah Güliyev, 4 yaşlı Uğur Güliyev, həmçinin, 8 yaşlı Hüseynli Turan Valeh oğlu ağır bədən xəsarələri alıb.
Sürücünün azyaşlı oğlu Əmrah Güliyev avtomobilin altında qaldığı üçün vəziyyəti çox ağır olub. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralılar isə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.