880
08:58
18 May 2019

Mingəçevirdə yaşlı kişi tut ağacından yıxıldı

Mingəçevirdə tut ağacından yıxılan yaşlı kişi ağır xəsarət alıb
ONA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Bağlar” yaşayış massivindəki 14 saylı küçədə yerləşən fərdi təsərrüfatda baş verib.
Tut yığmaq üçün ağacın başına qalxan 1950-ci il təvəllüdlü şəhər sakini Əbdürrəhmanov Nüsrət Xalid oğlu müvazinətini itirərək ordan sərt formada yerə çırpılıb. Nəticədə çoxsaylı bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun durumunun ciddi olduğu deyilir.