HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI
06 may 2024 21:24 (UTC +04:00)

HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

HƏMAS lideri Qətər və Misir rəsmilərinə Qəzzada atəşkəs razılaşması təklifi ilə razılaşdığını bildirib.

Lent.az xəbər verir ki, bu barədə HƏMAS hərəkatının rəsmi “Telegram” kanalında məlumat verilib.

“HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misirin Kəşfiyyat naziri Abbas Kamelə zəng edərək, hərəkatın atəşkəs razılaşması təklifi ilə razılaşdığını bildirib”, - məlumatda deyilir.

Xatırladaq ki, qısa müddət öncə “Al Jazeera“ telekanalı hərəkatdakı yüksək rütbəli mənbəyə istinadən məlumat vermişdi ki, Həmas Qətər və Misir vasitəçilərinə Qəzzada atəşkəs təklifi ilə razılaşdıqları barədə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3033
avatar

Oxşar yazılar