Hazırda Yer kürəsindəki ən böyük dəniz heyvanı mavi balinadır. O 33,5 metrdən çox uzunluğa və 150 tondan çox çəkiyə sahibdir. Ancaq uzaq keçmişdə planetimizdə indiki quru məməliləri heyvanlardan daha nəhəngləri yaşayırdı.
Lent.az “IFLScience”a istinadən xəbər verir ki, Yer üzündə indiyə qədər yaşamış ən böyük quru heyvanı “Patagotitan” adlı bir dinozavr olduğuna inanılır.
Bu nəhəng canlının yeganə məlum növü olan “Patagotitan mayorum”un uzunluğu 37 metr və təxminən 70 ton ağırlığında idi. Bu, hətta 10 Afrika filinin çəkisindən çoxdur.
“Patagotitan”, çox uzun boyunları və quyruqları ilə məşhur olan “sauropod” dinozavrlarının cinsinə aiddir. Onların dörd qalın, sütunlu ayaqları üzərində dayandıqları böyük bir bədəni var idi. “Sauropod”ların daha məşhur nümayəndələri “Diplodocus” və “Brontosaurus”dur.
“Patagotitan” adının mənşəyi Argentina gedib çıxır. Çünki onun qalıqları müasir Argentinanın cənubundakı Pataqoniya bölgəsində aşkar edilib. Eyni bölgədə daha bir böyük qədim onurğalı olan “Argentinosaurus”un fosilləri də tapılıb.
Paleontoloqlar “Patagotitan”u kəşf edənə qədər əvvəllər “Argentinosaurus” Yer üzündə yaşayan bütün heyvanların ən böyüyü hesab olunurdu. Bəzi elm adamları “Argentinosaurus”un “Patagotitan”dan daha böyük ola biləcəyinə inanır.
Lakin bunlar yalnız fərziyyələrdir və bu nəhənglərin həqiqi ölçülərini dəqiq müəyyən etmək hələlik mümkün deyil. “Patagotitan” ilk daşlaşmış sümükləri 2017-ci ildə Pataqoniyada aşkar edilib. Dinozavrın sümüklərinin tapıldığı çöküntü süxurlarının tədqiqi elm adamlarını onun təxminən 100 milyon il əvvəl yaşadığına inandırıb.
Elm adamları, “Pataqotitan”ın ölçüsünə baxmayaraq, qorxunc bir canavar olmadığını irəli sürürlər. Güman edilir ki, bu nəhəng heyvanlar yavaş-yavaş hərəkət edirdilər və aqressiv yırtıcılar deyildilər.
Cənubi Amerikada qazıntıların Şimal yarımkürəsinə nisbətən çox gec başladığını nəzərə alsaq, gələcəkdə daha böyük dinozavrların aşkar oluna biləcəyi ehtimalı var.