Milyard dollarlıq sahibsiz gəmilər ələ keçirildi - XÜSUSİ ƏMƏLİYYAT
22 oktyabr 2025 13:16 (UTC +04:00)

Milyard dollarlıq sahibsiz gəmilər ələ keçirildi - XÜSUSİ ƏMƏLİYYAT

0

Pakistan Hərbi-Dəniz Qüvvələri, çoxtərəfli “Combined Maritime Forces” (CMF) koalisiyası çərçivəsində beynəlxalq narkoşəbəkəyə güclü zərbə endirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ərəb dənizi akvatoriyasında keçirilən əməliyyat zamanı ümumi dəyəri təxminən 1 milyard dollar olan iki yelkənli gəmi ələ keçirilib. Xüsusi əməliyyat 48 saat davam edib.

Nəticədə bir neçə ton metamfetamin və kokain partiyası müsadirə edilib. Xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, saxlanılan gəmilərin heç bir dövlətə mənsub olmadığı müəyyən edilib.

Qeyd edək ki, CMF birgə dəniz birləşməsi, əlaqələndirmə mərkəzi Bəhreyndə yerləşməklə, 29 dövlətin hərbi-dəniz qüvvələrini birləşdirir. Koalisiyanın operativ idarəetməsini, həmçinin Bəhreyndə bazalaşan ABŞ Mərkəzi Dəniz Qüvvələri Komandanlığı həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar