"Manatlıq dönərdən qalmadı":  ucuz və bahalı arasında fərq nədir? - Ekspert AÇIQLADI
22 oktyabr 2025 14:13 (UTC +04:00)

"Manatlıq dönərdən qalmadı": ucuz və bahalı arasında fərq nədir? - Ekspert AÇIQLADI

0

Hər yerdə, tində, bucaqda ən az 1 dönərxana var. Adətən bu müəssisələrin şüşəsinə “dönər 1 – 1,5 manat” yazılmış menyu yapışdırılır, hətta bəzi yerlərdə dönər və ayran birlikdə bu qiymətlərə təklif olunur. Lakin bir sıra restoranlarda 7-8 manat və daha yüksək qiymətli dönərlər də görürük.  

Maraqlıdır, ət və digər ərzaqlar günü-gündən bahalaşırsa, illərdir manatlıq dönərlərin bazarı niyə hələ də, “ölmür?” Dönər alanda nəyə fikir verməliyik, qiymətə ya müəssisəyə?

Qida eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, bahalıq və ucuzluğun səbəbi heç də, həmişə keyfiyyətsizlikdən olmur:

“Sahibkar var, evinə ruzi aparmaq üçün ucuz, lakin çox sayda dönər satır. Əgər o, dönər ətini baytar nəzarətindən keçmiş, sanitar-gigiyena qaydalarına cavab verən müəssisədən alıb, düzgün şərtlər altına bişirərək, çarpaz çirklənməyə yol vermədən satırsa, onu alıb yemək olar. Lakin 7-8 satılan yarpaq dönərlər (onlar qiymədən, farşdan yox, ətin yarpaq formada açılaraq kəsilməsindən hazırlanır) təmiz dana ətindəndir. Onların içərisinə təmiz quzu quyruğu da, vurulur. Məhz burada qiymətlərinin baha olması da reseptura ilə birbaşa bağlıdır. Çünki bu dönərləri hazırlamaq üçün mütəxəssis şeflərə, aşpazlara ehtiyac var.

Bahalı adlandırdığımız dönərlərin hazırlanmasında istifadə olunan dana əti, quyruq, ədviyyatlar, souslar, çalışan əməkdaşların haqqı, kommunallar və digər xərclərin ümumi məbləği bu dönərləri  işçilər, kommunal və digər xərclərə görə onların qiyməti 7-8 manata başa gəlir. Əgər təmiz dönər yemək istəyiriksə, büdcəmizdən bir az artıq xərcləməliyik”.  

İndi hər yerdə dönərxanalar açılır, amma orada nə qədər gigiyena qaydalarına riayət olunur? Bıçaqlar lazımi formada yuyulub, təmizlənib, dezinfeksiya olunurmu? Çarpaz çirklənmə varmı, yoxmu? bunu bilmirik.

Hamımız düşmüşük AQTA-nın üzərinə ki, onlar niyə hər yerə baxmırlar? Başa düşmək lazımdır ki, neçə min müəssisə var, AQTA onlardan hansına nəzarət etsin? Axı təmizkarlıq vicdan işidir. Bəzi sahibkarlar buna əməl edir, bəziləri etmir. Dönərin baha və ya ucuz olmasından asılı olmayaraq, ətin mənşəyi məlum olmalı, baytar nəzarətindən keçsin, düzgün şərtlər altında bişirilsin və sanitar-gigyena qaydalarına nəzarət olunaraq müştərilərə təqdim olunsun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar