Dövlət Departamenti ABŞ qoşunlarının Ukraynaya göndərilməsini istisna edib.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller mayın 6-da keçirdiyi brifinqdə bildirib.
“Prezident açıq şəkildə bəyan edib ki, o, ABŞ qüvvələrini Ukraynaya döyüşmək üçün göndərməyəcək”, - Miller vurğulayıb.