“Toyota Prius” qadını vurub ÖLDÜRDÜ
07 may 2024 09:20 (UTC +04:00)

“Toyota Prius” qadını vurub ÖLDÜRDÜ

Bakıda "Toyota Prius" qadını vuraraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Orxan Həsənov idarə etdiyi " Toyota Prius" markalı avtomobillə piyada Xoşqədəm Həsənovanı vurub. 

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, həyatını itirib. 

Faktla bağlı cinayət işi başlanılıb.

# 1974
avatar

Fidan İlqar

Oxşar yazılar