![[b]Əsir və girovlar yaxın vaxtlarda dəyişdirilə bilər - AÇIQLAMA[/b]](https://lent.az/storage/news/2019/april/27/big/c7ff481d041db954af5448a93bdd6a4e.png)
[b]Əsir və girovlar yaxın vaxtlarda dəyişdirilə bilər - AÇIQLAMA[/b]
Əsir və girovların dəyişdirilməsi yaxın vaxtlarda baş tuta bilər.
Bu barədə Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin kordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, girovların azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar və Ermənistan qarşısında dəfələrlə məsələ qaldırılsa da, hələ ki, müsbət nəticə yoxdur.
Əhməd Şahidov bildirib ki, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşü, xarici işlər nazirlərinin son Moskva görüşündən sonra humanitar addımlar adı altında müəyyən fəaliyyətlərin olması barədə ilkin razılaşmalar var. Bu humanitar addımlar arasında ilk sıralarda əsir və girovların dəyişdirilməsi məsələsi dayanır.
Əhməd Şahidov qeyd edib ki, əsir və girovların dəyişdirilməsi ilə bağlı Azərbaycanın mövqeyi qətidir. Belə ki, Azərbaycan "hamının-hamıya" prinsipini irəli sürüb.
Əhməd Şahidov vurğulayıb ki, yaxın vaxtlarda əsir və girovlarin dəyişdirilməsi ilə bağlı konkret addımların atılacağı gözlənilir. ''Düşünürəm ki, əsir və girovların dəyişdirilməsi yaxın vaxtlarda baş tutacaq'',-deyə Əhməd Şahidov qeyd edib.
(xezerxeber.az)
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16